Paşinyan istefa verəcəyi vaxtı açıqlayıb

Paşinyan istefa verəcəyi vaxtı açıqlayıb

ÜMİDTV:  Ermənistanın baş naziriNikol Paşinyan bu ilin aprelində istefa verəcək.

Bunu o, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək:

“Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.

Qeyd edək ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitusiya tələblərinə uyğun olaraq istefaya gedəcək.

ÖNCEKİ HABER

Aİ iyulun ortalarına qədər 420 milyon doza peyvənd istehsal edəcək

SONRAKİ HABER

Boksçumuzun növbəti rəqibi açıqlandı