Bakıda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

ÜMİDTV:   Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü İsmayılova Rəhilə Ağasəf qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bilək oynağının əziyi diaqnozu qoyulub.

ÖNCEKİ HABER

Səbail rayonunda yol qəzası olub, xəsarət alan var

SONRAKİ HABER

Lənkəranda oğul anasını bıçaqlayıb