Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı

ÜMİDTV:   Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb.

Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən GEM-in rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

ÖNCEKİ HABER

Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

SONRAKİ HABER

Ermənistanın Səhiyyə Nazirliyi: 149 koronavirus xəstəsinə yer yoxdur