ilin 3 ayında Sumqayıtda 63 lift yenilənib

ilin 3 ayında Sumqayıtda 63 lift yenilənib

Cari il Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.

Bu ilin ilk 3 ayında şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasirləri ilə əvəzlənib. Yaxın günlərdə isə daha 14 lift dəyişdiriləcək.

Şəhər üzrə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər ümumilikdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid hündürmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

ÖNCEKİ HABER

“Bakı Sığorta”nın xalis mənfəəti 35% azalıb

SONRAKİ HABER

Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşüb