Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

ÜMİDTV:   Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

ÖNCEKİ HABER

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

SONRAKİ HABER

XİN Fransanın Ermənistandakı səfirinə cavab verib: Görünür onun ləyaqət anlayışı fərqlidir