Əfqanıstanın Kabil əyalətində həkimləri daşıyan avtobusun partladılması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə Tolo News telekanalı məlumat yayıb.
Hadisənin səhər saatlarında Kabil-Pərvan magistral yolunda baş verdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, qurbanların sayı arta bilər.