Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA

Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA

ÜMİDTV:        Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

 

 

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

ÖNCEKİ HABER

İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edib

SONRAKİ HABER

Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə