Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Yasamal rayonu ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Həmidov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus VAZ-2107 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum M.Həmidov müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

ÖNCEKİ HABER

Putinin mətbuat katibi Paşinyanın yalanını ifşa etdi

SONRAKİ HABER

Yol polisi reyd keçirdi: Təhlükəsizlik kəməri taxmayanlara protokol tərtib edildi - FOTO