Yaponiyada ağır COVID xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyada ağır COVID xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyada 1231 nəfər koronavirus xəstəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə ölkənin NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Pandemiya ilə əlaqədar vəziyyətin kəskinləşməsi səbəbindən paytaxt Tokio, həmçinin Osaka, Kioto, Ayti və Fukuoke vilayətlərində fövqəladə vəziyyət tətbiq olunub. Mayın 16-dan etibarən bu rejim Hokkayda, Hirosima və Okayama perfekturalarına da şamil ediləcək.

Qeyd edək ki, bugünədək Yaponiyada 11.3 min nəfər koronavirusun qurbanı olub.

ÖNCEKİ HABER

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın – Tanınmış həkimdən tövsiyələr

SONRAKİ HABER

Koronavirusla bağlı SON STATİSTİKA