Bakıda 33 yaşlı kişiyə balta ilə xəsarət yetirildi

Bakıda 33 yaşlı kişiyə balta ilə xəsarət yetirildi

Bakıda iki nəfər arasında insident baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Cavadov Hüseyn Emin oğlu tanışı tərəfindən başından balta ilə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın təpə nahiyəsinin çoxsaylı yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

Buraxılış imtahanlarının nəticələri bu gün elan ediləcək - RƏSMİ

SONRAKİ HABER

“Kontakt Home”dan Kamil Zeynallının paylaşımı ilə bağlı AÇIQLAMA