Bakıda 29 yaşlı gənci avtomobil vurdu

Bakıda 29 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Təbriz küçəsində 1992-ci il təvəllüdlü Şahin Məhmətov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona aşıq baldır oynağının əziyi diaqnozu qoyulub

ÖNCEKİ HABER

Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

SONRAKİ HABER

Atakule Azərbaycan bayrağının rənglərinə boyandı