Türkiyə millisi Romadan Bakıya yola düşüb

Türkiyə millisi Romadan Bakıya yola düşüb

ÜMİDTV:        Futbol üzrə Avropa çempionatının (EURO 2020) açılış matçında İtaliyaya 3-0 məğlub olan Türkiyənin Milli Futbol Komandası bu gün Romadan Bakıya təyyarə ilə yola salınıb.

 

“Fanatik” xəbər verir ki, yığma saat 13:00-da (Bakı vaxtı ilə 14:00-da) Romadan yola düşüb.

 

Qrupda son iki mübarizəsini Bakı Olimpiya stadionunda oynayacaq qardaş ölkənin komandası Uels və İsveçrə komandalarına qarşı çıxış edəcək.

 

68 min tutumlu Olimpiya Stadionunda pandemiya qaydalarına müvafiq 32 min azarkeşin izləyə biləcəyi qarşılaşmalarda, Türkiyə Milli Komandası həm Türkiyədən gələnlər, həm də Azərbaycan azarkeşləri sayəsində böyük dəstəklə meydana çıxacaq.

ÖNCEKİ HABER

Bakıdakı ilk AVRO-2020 oyununun ilk hissəsi qolsuz başa çatdı - YENİLƏNİR

SONRAKİ HABER

Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu