Saatlıda iki avtomobil toqquşdu, xəsarət alan var

Saatlıda iki avtomobil toqquşdu, xəsarət alan var

Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzindəki çörək zavodunun yaxınlığında qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Şirinbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mustafa Məlik oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

İlham Əliyev 15 İyun münasibətilə paylaşım edib

SONRAKİ HABER

Ərdoğan Azərbaycana gəlir