ABŞ-dan S-400 açıqlaması: “Dialoq davam edəcək”

ABŞ-dan S-400 açıqlaması: “Dialoq davam edəcək”

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüş zamanı Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit raket kompleksləri barədə razılığa gələ bilməyiblər.

Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ağ Ev rəhbərinin Avropa turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib.

O qeyd edib ki, tərəflər sözügedən məsələ ilə bağlı dialoqun davam etdirilməsinə qərar veriblər.

ÖNCEKİ HABER

Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu

SONRAKİ HABER

AVRO-2020: Niderland da 1/8 finala yüksəldi