Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Gürcüstanın cənubunda, paytaxt Tbilisidən 176 kilometr məsafədə zəlzələ baş verib.

Bu barədə “Sputnik” Gürcüstan məlumat yayıb.

3,2 bal gücündə zəlzələ Samtsxe-Cavaxetiya bölgəsində yerləşən Ninotsminda şəhərindən 12 kilometr şərqdə qeydə alınıb.

Bildirilir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

ÖNCEKİ HABER

Seçki günü İrəvan küçələrində Koçaryan üçün xoşagəlməz sürpriz

SONRAKİ HABER

ABŞ hərbi kontingentinin bir hissəsini Yaxın Şərqdən çıxarır