Abşeronda 33 yaşlı kişi bıçaqlandı

Abşeronda 33 yaşlı kişi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ÖNCEKİ HABER

“Azəriqaz” sayğacların metal qəbulu məntəqələrinə verilməsinə aydınlıq gətirib

SONRAKİ HABER

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq edib