Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

ÜMİDTV:    Son həftə ərzində Rusiyada koronavirus nəticəsində ölüm hallarının sayı rekord həddə çatıb.

TASS xəbər verir ki, 21-27 iyun aralığında ölkədə 3921 nəfər ölümcül virusun qurbanı olub. 

 

Bu isə ötən həftə qeydə alınan analoji göstəricidən min nəfər artıq olmaqla, pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Həmçinin, son 7 gün ərzində Rusiyada 134 465 yeni yoluxma halı qeydə alınıb. 

 

ÖNCEKİ HABER

Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”

SONRAKİ HABER

Ermənistan MSK növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqladı