Binəqədi və Abşeronun icra hakimiyyətindən ŞİKAYƏT: “Natəmizliyə göz yumulur” - FOTO

Binəqədi və Abşeronun icra hakimiyyətindən ŞİKAYƏT: “Natəmizliyə göz yumulur” - FOTO

Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsinin sakinləri ətrafın zibilliklərdən təmizlənməməsindən şikayətçidir.

Sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti bu natəmizliyə göz yumur. Belə ki, zibil qutuları boşaldılsa da, ətrafdakı zibillər təmizlənmir. Bu isə ətrafa çirkab sularının yayılmasına və xoşagəlməyən qoxunun yayılmasına səbəb olur.

Bundan əlavə Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri də eyni vəziyyətdən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, qəsəbənin girişində yerləşən zavodun ətrafında hər iki küçənin girişində vaxtlı-vaxtında təmizlənməyən zibil qutuları ətrafda natəmizliyin çoxalmasına səbəb olur.

Zibil qutuları boşaldısa belə, qutuların ətrafı təmizlənmir və bu natəmiz görüntü günü-gündən çoxalır.

 

 

ÖNCEKİ HABER

Bakının beş rayonunda “patı” əməliyyatı: Narkotacirlər ələ keçdi - FOTO

SONRAKİ HABER

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması üçün hazırlıq işlərinə başlanıldı