Xocalıda iki azərbaycanlı minaya düşdü - RƏSMİ

Xocalıda iki azərbaycanlı minaya düşdü - RƏSMİ

ÜMİDTV:     İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Xocalı Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

ÖNCEKİ HABER

İlham Həşimov: “Hər kəs qardaşım kimi işində məsuliyyətli olsa, ölkəmizdə hər şey daha yaxşı olacaq”

SONRAKİ HABER

Polad Həşimov parkının açılışı oldu - FOTOREPORTAJ