Türkiyədə “Sputnik V” vaksininin Rusiya ilə ortaq istehsalına başlanacaq

Türkiyədə “Sputnik V” vaksininin Rusiya ilə ortaq istehsalına başlanacaq

Moskvada Rusiya-Türkiyə birgə iqtisadi komissiyasının iclası keçirilib.

 

“Haber Global” məlumat verir ki, iclas zamanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak yaxın aylarda Türkiyədə “Sputnik V” peyvəndinin müştərək istehsalına başlanacağını bildirib.

 

Baş nazir müavininin sözlərinə görə, istehsal prosesi paralel şəkildə bir neçə müəssisədə aparılacaq.

Novak, həmçinin Türkiyə Səhiyyə Nazirliyi tərəfindən Rusiya peyvəndinin istifadəsinə icazənin verilməsi qərarını da alqışlayıb.

 

ÖNCEKİ HABER

Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif etdi - TƏBRİK EDİRİK

SONRAKİ HABER

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” - VİDEO