“Taliban” Əfqanıstanın daha bir böyük şəhərini ələ keçirdi - VİDEO

“Taliban” Əfqanıstanın daha bir böyük şəhərini ələ keçirdi - VİDEO

“Taliban” Kabildən sonra Əfqanıstanın ikinci ən böyük şəhəri Qəndəharı ələ keçirib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

 

Mənbə qeyd edir ki, hazırda “Taliban”ın silahlı dəstələri Qəndəharın qubernatorluğunun binasını, təhlükəsizlik qüvvələrinin qərargahını və digər qurumları nəzarətdə saxlayır.

 

Fransanın AFP agentliyinin yaydığı son məlumata görə isə, ölkənin cənubundakı Hilmənd vilayətinin inzibati mərkəzi Ləşgərgah şəhəri də “Taliban”ın tam nəzarətinə keçirib.

 

“Taliblər” hərbçilərin və dinc sakinlərin şəhərdən çıxmaları üçün 48 saatlıq atəşkəs rejimi tətbiq edib.

ÖNCEKİ HABER

Daha bir ölkə vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırdı

SONRAKİ HABER

Bill Qeyts iqlim dəyişikliyi ilə mübarizə üçün böyük məbləğ ayırdı