Əfqanıstan tam olaraq “Taliban”ın nəzarətində: Keçici hökumət quruldu

Əfqanıstan tam olaraq “Taliban”ın nəzarətində: Keçici hökumət quruldu

“Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisini nəzarəti altına aldığını elan edib.

 

Bu barədə “Al-Arabiya” məlumat yayıb.

 

Məlumata əsasən, bundan sonra hakimiyyətin dinc yolla təhvil verilməsi üçün müvəqqəti hökumət qurulub.

 

Keçici hökumətə ölkənin keçmiş DİN rəhbəri Əli Əhməd Cəlali başçılıq edir.

 

Yaxın saatlarda ölkə prezidenti Əşrəf Qaninin öz səlahiyyətlərindən imtina etməsi gözlənilir.

ÖNCEKİ HABER

İranda COVID-dən rekord ölüm qeydə alınıb

SONRAKİ HABER

Namiq Ələsgərov Türkiyə klubunda tibbi müayinədən keçdi