Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açdı

Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açdı

Azərbaycan millisində oynamış Renat Dadaşov Portuqaliyada qol hesabını açıb.

 

Portuqaliya Primeyra Liqasının VI turuna “Braqa” – “Tondela” görüşü ilə yekun vurulub.

 

“Tondela”da çıxış edən Renat meydana 79-cu dəqiqədə daxil olub. O, braziliyalı hücumçu Daniel dos Anjosu əvəzləyib.

 

Dadaşov meydana daxil olduqdan 7 dəqiqə sonra Portuqaliya çempionatında ilk qolunu vurub.

ÖNCEKİ HABER

Rusiyada protokolların 100 faizi sayıldı: Yekun nəticələr açıqlanıb

SONRAKİ HABER

Braziliya prezidenti Nyu-Yorkda restorana buraxılmadı