Aqşin Kamala yeni vəzifə verildi

Aqşin Kamala yeni vəzifə verildi

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı BANM-in rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, bu vəzifəyə tanınmış jurnalist Aqşin Kamal təyinat alıb.

 

A.Kamal tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb. 

 

Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV- in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

 

ÖNCEKİ HABER

ŞOK İDDİA! SABUNÇU RAYONU TALANIR! QANUNSUZ ƏRAZİ HASARLANIR! YENƏ ADİL VƏLİYEV. ANAŞKİNDƏN ÖZƏL REPORTAJ

SONRAKİ HABER

Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı