Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı

Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

“Report”un məlumatına görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

ÖNCEKİ HABER

Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

SONRAKİ HABER

Elman Nəsirov seçiciləri ilə görüş keçirib