İş yoldaşları arasında mübahisə bıçaqlanma ilə nəticələndi

İş yoldaşları arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Oktyabrın 16-sı saat 22:00 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranan mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ÖNCEKİ HABER

44 günlük zəfər yolunun 22-ci günü

SONRAKİ HABER

Xəzərdə zəlzələ oldu