Ceyhun Bayramov Uqanda prezidenti ilə görüşdü

Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb
Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik bu ildən etibarən Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, hərəkatın “sədrlik üçlüyü”ndə yer alır.

ÖNCEKİ HABER

Mirzoyan Xorvatiya baş naziri ilə Azərbaycanla normallaşmadan DANIŞDI

SONRAKİ HABER

SABİRABADDA OLAN DƏHŞƏTLƏ BAĞLI TƏCİLİ MƏLUMAT: QORXUNC XƏSTƏLİKLƏR "YATAĞI" ÜZƏ ÇIXDI?-VİDEO