“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”

“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”
“AŞPA Azərbaycansız natamam bir qurum olacaq”.

Bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

“Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var”, - Z.Yıldız deyib.
ÖNCEKİ HABER

Qaraşov Babazadə ilə NİYƏ YOLA GETMİR? - İDDİA

SONRAKİ HABER

Çox çay içən kişilərdə prostat xərçəngi yaranır