“Sabah” çempionatda 50-ci "quru" oyununu keçirib

 “Sabah” Azərbaycan Premyer Liqasında 50-ci quru oyununu keçirib
 “Sabah” Azərbaycan Premyer Liqasında 50-ci "quru" oyununu keçirib.

Bu, XX turda "Zirə" ilə oyuna (1:0) təsadüf edib.

2018/2019 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-cı qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.

“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.
ÖNCEKİ HABER

“Hüquqlarımız pozulub, “Vətən müharibəsi iştirakçısı” statusumuzu ala bilməmişik” - NARAZILIQ VAR...

SONRAKİ HABER

Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan hansı xəstəlikdir? - AKTUAL