Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı - Seçkiyə buraxılmayacaq?

 Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd olan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imzalarında 15,348% qüsur aşkar edib
 Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd olan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imzalarında 15,348% qüsur aşkar edib.
Namizədin seçki qərargahı bununla razılaşmır.
“Biz işçi qrupun qərarı ilə razı deyilik. Bütün dünya gördü ki, biz vicdanla imza topladıq”, - qərargahın nümayəndəsi bildirib.
Qanuna görə, imzalarında 5%-dən az qüsur aşkar edilən namizəd qeydiyyatdan keçir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda baş tutacaq. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.(Modern.az )

ÖNCEKİ HABER

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"... – daha bir həkim etiraza qalxdı

SONRAKİ HABER

Müştəri ilə satıcı arasında Fransa-Azərbaycan QALMAQALI... - TƏFƏRRÜAT