Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Şəki sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var
Şəki sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var.

Hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişinlər, 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
ÖNCEKİ HABER

Bellinqhem “Real Madrid”də rekord qırdı

SONRAKİ HABER

ABŞ Türkiyə ilə bağlı mühüm qərarını verdi