Ərdoğanla Baydenin görüşü gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşü gözlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşü gözlənilir.
Bu barədə məlumatı “CNN Türk” yayıb. 
Bildirilir ki, görüşdən əvvəl Türkiyənin XİN rəhbəri Hakan Fidanın ABŞ-yə rəsmi səfər etməsi planlaşdırılır. 
Məlumata görə, həm Türkiyə, həm də ABŞ-də keçiriləcək seçkilər səbəbindən bu görüşlərin konkret tarixi hələ ki məlum deyil. 
Bununla belə, Ərdoğanla Baydenin görüşünün iyulda Vaşinqtonda NATO sammiti çərçivəsində baş tuta biləcəyi də istisna edilmir.

ÖNCEKİ HABER

“Oğuzun icra başçısı niyə narahatdır?” - Sakinlər soruşur...

SONRAKİ HABER

"Cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər: Biz məhv oluruq..." - ETİRAZ