Bakıda dəhşətli qətl: Atası, anası və azyaşlı övladını ÖLDÜRDÜ

 Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib
 Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
ÖNCEKİ HABER

"Niyə bizim kəndli su axtarışında olmalıdır?" - HƏQİQƏTƏN DƏ...

SONRAKİ HABER

Fransa 28 İsrail vətəndaşına ölkəyə girişi qadağan edib