İlham Əliyev sabah and İÇƏCƏK

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək.

Arazmedia.az-ın əldə etdiyi məlumata görə, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək. 

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Mənbə: İlham Əliyev sabah and İÇƏCƏK

ÖNCEKİ HABER

Nazirlər Kabineti bu gün İSTEFA VERƏCƏK

SONRAKİ HABER

“Diaspora Komitəsi” boşqab, armudu stəkan və kəlağayı satın alır