Hərbi vəzifəlilərin təlim toplanışı - Video

 2024-cü ilin hazırlıq planına əsasən, N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir
 2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur.

Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.

ÖNCEKİ HABER

"Bakı Tikiş Evi" bağlanma təhlükəsi ilə üz-üzə qalıb - "Müflisləşmə, işçilərin çıxarılması..."

SONRAKİ HABER

İlham Əliyevin andiçmə mərasimi keçirilir