Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

 Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib
 Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır.

Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə edilməlidir.
ÖNCEKİ HABER

Ailəsini məhv edən Əhmədin dayısı tanınmış iş adamı imiş

SONRAKİ HABER

"Bakı Tikiş Evi" bağlanma təhlükəsi ilə üz-üzə qalıb - "Müflisləşmə, işçilərin çıxarılması..."