MM sabah toplanır: Baş nazirliyə namizəd kimdir?

 Xəbər verdiyimiz kimi, sabah Milli Məclis toplantı keçirəcək və Prezidentin Baş nazir vəzifəsinə təqdimatına baxılacaq
 
Xəbər verdiyimiz kimi, sabah Milli Məclis toplantı keçirəcək və Prezidentin Baş nazir vəzifəsinə təqdimatına baxılacaq. Bu məlumat sosial şəbəkələrdə müxtəlif ehtimal və versiyaların irəli sürülməsinə səbəb olub.

Axar.az bir neçə millət vəkilindən sabah baş nazir kimi kimin namizədliyinin müzakirə olunacağını öyrənməyə çalışıb. Millət vəkilləri namizədin əvvəlcədən təqdim edilmədiyini, yalnız iclas zamanı müzakirədə açıqlanacağını bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədovun bu vəzifəyə təsdiqlənəcəyi haqda iddialarla yanaşı, digər versiyalar da səsləndirilir.



ÖNCEKİ HABER

Avtobuslarda bank kartı ilə ödəniş mümkün olacaq

SONRAKİ HABER

Mübariz Əhmədzadə milyonları nə ilə qazanıb? - On beş ildə talanan, istismar olunan Zaqatala...