Laçına daha 25 ailə yola salındı

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Arazmedia.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 68 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).

Mənbə: Laçına daha 25 ailə yola salındı

ÖNCEKİ HABER

“Azərbaycan dünyanın ən təhlükəsiz 18-ci ölkəsidir” – ABŞ mediası

SONRAKİ HABER

Beyləqanda narkotikin təsiri altında “BMW” sürən şəxs həbs edildi