UEFA “Bozqurd” hərəkətinə görə onu 2 oyunluq cəzalandırdı

UEFA İntizam Komitəsi Türkiyə millisinin futbolçusu Merih Dəmiralı cəzalandırıb

UEFA İntizam Komitəsi Türkiyə millisinin futbolçusu Merih Dəmiralı cəzalandırıb. 

Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Qeyd olunub ki, müdafiəçi AVRO-2024-ün Türkiyə-Avstriya matçında “Bozqurd” hərəkətinə görə 2 oyunluq diskvalifikasiya edilib. 

Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz UEFA-nın bu qərarına münasibət bildirib: “UEFA-nın milli futbolçumuz Merih Dəmiralı 2 oyunluq cəzalandırma qərarı qəbuledilməzdir. Liberal və ədalətli yanaşma və müdafiə faylını ciddi şəkildə araşdıraraq qərarın düzəldilməsini gözləyirik. Həyəcan və Futbolun gözəlliyinə siyasi qərarlar kölgə salmamalıdır”. 

Mənbə: UEFA “Bozqurd” hərəkətinə görə onu 2 oyunluq cəzalandırdı

ÖNCEKİ HABER

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

SONRAKİ HABER

Azərbaycanda güclü zəlzələ ola bilər? – AÇIQLAMA