Zavod işçilərinin kütləvi zəhərləndiyi bildirilir

İyulun 10-da Sumqayıtdakı zavodlardan birində çalışan işçilər qida zəhərlənməsi ilə şəhər xəstəxanasına müraciət edib

İyulun 10-da Sumqayıtdakı zavodlardan birində çalışan işçilər qida zəhərlənməsi ilə şəhər xəstəxanasına müraciət edib.

İlkin araşdırma zamanı 53 nəfərin nahar vaxtı zavodun yeməkxanasında yedikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

Xəbəri Baş Prokurorluq yayıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yeməkxanadakı qidalardan nümunələr götürüb. Müvafiq ekspertizalar təyin edilib..

Zəhərlənənlərə stasionar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Xəbərdə zəhərlənənlərin hansı zavodun işçiləri olduğu deyilmir.

Azadlıq radiosu

ÖNCEKİ HABER

NATO sammitində Ukraynaya dəstək bildirilən bəyannamə qəbul olunub

SONRAKİ HABER

Moskvadan xəbərdarlıq: ‘Yerevan eyni zamanda iki kürsüdə otura bilməz’