Aİ-nin aparıcı rəsmiləri Macarıstanın keçirdiyi görüşləri boykot edəcək

Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər

Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri – Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib.

“Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri (Ursula fon der Leyen) qərara gəlib ki, Komissiya yalnız Aİ Şurasının qeyri-rəsmi toplantılarında aparıcı rəsmilər ilə təmsil olunacaq”, – fon der Leyenin baş sözçüsü Erik Mamer X platformasında yazıb.

Bundan başqa, “Avrokomissiyanın kollegiyası sədr ölkəyə (Macarıstana) səfər etməyəcək”, – Mamer deyib. Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Nigar Həzi: Atam Tofiq Yaqublunun səhhətində ciddi problem yaranıb

SONRAKİ HABER

Rusiya xarici səbəblərdən ölənlərin sayını ümumi statistikadan çıxarır