BDU-nun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.

Arazmedia.az xəbər verir ki,  BDU-nun mətbuat xidməti məlumat yayıb.

N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə “Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.

Mənbə: BDU-nun dosenti vəfat etdi

ÖNCEKİ HABER

Rusiya FTX Kurska daxil olan jurnalistlərə cinayət işi açdı

SONRAKİ HABER

“Liverpul” yeni mövsümə qələbə ilə başladı