Avropa Liqası: “Fənərbağça” Belçika klubuna, “Beşiktaş” Niderland nəhənginə qarşı

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində ilk tura yekun vurulacaq

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində ilk tura yekun vurulacaq.

Arazmedia.az xəbər verir ki, son oyun günündə də 9 qarşılaşma keçiriləcək.

Türkiyənin daha 2 təmsilçisi turnirin Liqa mərhələsində mübarizəyə başlayacaq. “Fənərbağça” İstanbulda Belçikanın “Union” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

“Beşiktaş” isə Niderlandda “Ayaks”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

20:45. “Fənərbağça” (Türkiyə) – “Union” (Belçika)

20:45. “Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)

23:00. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)

23:00. “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)

23:00. “Ayntraxt” (Almaniya) – “Viktoriya” (Çexiya)

23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

23:00. “Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail)

23:00. “Lion” (Fransa) – “Olimpiakos” (Yunanıstan)

23:00. FKSB (Rumıniya) – RFS (Latviya)

Qeyd edək ki, Liqa mərhələsində ilk tura ötən gün start verilib.

Mənbə: Avropa Liqası: “Fənərbağça” Belçika klubuna, “Beşiktaş” Niderland nəhənginə qarşı

ÖNCEKİ HABER

“Milan” 5 dəqiqəyə vurduğu üç qolla qalib gəldi – VİDEO

SONRAKİ HABER

ABŞ Ermənistana 250 milyon dollar qrant ayıracaq