Çempionlar Liqası: “Bavariya” İngiltərə, “Liverpul” isə İtaliya klubu ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatacaq

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatacaq.

Arazmedia.az xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik edəcəklər.

Almaniyanın “Bavariya” komandası İngiltərədə “Aston Villa”nın qonağı olacaq. “Liverpul” (İngiltərə) evdə “Bolonya”nı (İtaliya) sınağa çəkəcək. İtaliyanın digər təmsilçisi “Yuventus” isə səfərdə “Leyptsiq”lə (Almaniya) üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

2 oktyabr

20:45. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya)

20:45. “Jirona” (İspaniya) – “Feyenoord” (Niderland)

23:00. “Liverpul” (İngiltərə) – “Bolonya” (İtaliya)

23:00. “Leyptsiq” (Almaniya) – “Yuventus” (İtaliya)

23:00. “Benfika” (Portuqaliya) – “Atletik” (Bilbao, İspaniya)

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Monako” (Fransa)

23:00. “Lill” (Fransa) – “Real” (İspaniya)

23:00. “Aston Villa” (İngiltərə) – “Bavariya” (Almaniya)

23:00. “Şturm” (Avstriya) – “Brügge” (Belçika)

Qeyd edək ki, Liqa mərhələsinin III turu oktyabrın 22-də start götürəcək.

Mənbə: Çempionlar Liqası: “Bavariya” İngiltərə, “Liverpul” isə İtaliya klubu ilə qarşılaşacaq

ÖNCEKİ HABER

“3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb” – Əli Nağıyev

SONRAKİ HABER

“Ermənistan Natiq Qasımovun qalıqlarının yeri barədə məlumat vermir” – İlham Əliyev