“TikTok” daha bir ölkədə qadağan edildi

Çin mərkəzli sosial media platforması “TikTok” təhlükəsizlik riskləri səbəbiylə daha bir ölkədə qadağan edilib

Çin mərkəzli sosial media platforması “TikTok” təhlükəsizlik riskləri səbəbiylə daha bir ölkədə qadağan edilib.

Arazmedia.az xəbər verir ki, Kanada hökuməti “TikTok” sosial media platformasının təhlükəsizlik riski yaratdığını bildirərək platformanın “kommersiya fəaliyyətini” qadağan edib.

Ölkənin İnnovasiya, Elm və Sənaye naziri Fransua-Philippe Şampan sosial media platformasının qadağan edilməsi ilə bağlı açıqlama verib.

Nazir, “TikTok”un Toronto və Vankuverdəki ofislərinin bağlanacağını bildirib.

Mənbə: “TikTok” daha bir ölkədə qadağan edildi

ÖNCEKİ HABER

Rusiya Kiyevi İran PUA-ları ilə VURDU

SONRAKİ HABER

Prezident Böyükşor-Pirşağı yolunun açılışında iştirak etdi