Ötən ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, dünyanın bütün dövlətlərinin, beynəlxalq təşkilatların və fondların diqqətini Azərbaycana cəlb etdi. Bu mötəbər tədbirə Azərbaycan hökumətinin yüksək səviyyədə hazırlaması, yüz minə yaxın rəsmi qonaq və turistlərin rahat, təhlükəsiz şəkildə qəbul edilmələri və yola salınmaları, bir daha ölkəmizin qüdrətinin miqyasını göstərir.
Amma, təəssüflər olsun ki, KOB-29 kimi mötəbər tədbirə ev sahibliyi edən Bakı şəhəri özü ciddi ekoloji problemlərlə üzləşir. Paytaxtda aparılan qanunsuz tikililər, şəhərsalma-məskunlaşma normalarına cavab verməyən iaşə obyektlərinin inşası şəhərin ekoloji tarazlığını daha da pozur.
AzFakt.com-un əməkdaşları Bakı şəhərinin mərkəzi və ətraf ərazilərinin ekoloji vəziyyəti ilə bağlı reportaj hazırlayarkən, şəhərdəki bəzi iş adamlarının xüsusi mənfəətləri naminə təbiəti qənim kəsdiklərinin şahidi olublar. Bakı şəhərində yaşıllıq sahələrinin ciddi problemləri mövcuddur, bu gün yalnız 5-10 ağac qalmışdır ki, onlar da yuxarıda qeyd etdiyimiz kimi bəzi sahibkarlar tərəfindən məhv edilməkdədir.
Apardığımız müşahidələr zamanı məlum oldu ki, paytaxtda ağaclara qənim kəsilən müəssisələrdən biri Binəqədi rayon ərazisində - Bakı-Sumqayıt yolunun kənarında fəaliyyət göstərən "EvroHome" inşaat malları bazarıdır. Bu ərazidə daha əvvəl yaşıllıq yerləşirdi, lakin ildən-ilə ağaclar yoxa çıxaraq, əvəzində tikinti bazarı peyda olub.
Amma gözlənilirdi ki, təbiətin məhvi hesabına böyüyən bu inşaat bazarı ən azından qazanclarından bir hissəsini xərcləyərək magistral yolun kənarına bir-iki ağac əkəcək. Lakin, təəssüflər olsun ki, paytaxtın ən böyük bazarlarından biri olan "EvroHome"-nin rəhbərliyi magistral yolun kənarında olan 4-5 şam ağacını da məhv edib.
Hər ay yüz min manatlarla vəsait qazanan bazarın 4-5 ağacın həyatına qənim kəsilməsi - onların qurumasına göz yumması qaranlıq məqamlardan xəbər verir. Xatırladaq ki, "EvroHome" bazarı oliqarx Azay Möhnətova məxsusdur.
Azay Möhnətovun Bakıda xeyli sayda bazarı, istirahət mərkəzləri var. "EvroHome" bazarı bir neçə il öncə yanmışdı. Hadisə zamanı sahibkara küllü miqdarda ziyan dəymişdi. Bazarda sahibkarlardan hər ay yüz min manatlarla icarə pulu yığılır.
"EvroHome" bazarının sahibkarlardan yığılın icarə haqqının nə qədərinin vergi ödədiyi barədə açıq internet resurslarında məlumata rast gəlinmir. Məsələ ilə bağlı "EvroHome" rəhbərliyinin münasibətini öyrənə bilmədik. (AzFakt.com)