Sumqayıt avtobuslarında nagdsiz öd?niş h?l? t?tbiq olunmayıb!

Hazırda paytaxt Bakıda ümumilikdə 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş edilməsi mümkündür

Hazırda Bakı şəhərində 117 marşrut üzrə 2007 avtobusda nağdsız ödəniş etmək mümkündür. Bu avtobusların 78 faizində nağdsız ödəniş sistemi tətbiq edilir. Lakin paytaxtdan kənarda, xüsusilə Sumqayıt şəhərində avtobuslarda hələ də nağdsız ödəniş sistemi tətbiq olunmur. 2023-cü ilin əvvəlində Sumqayıt şəhərində avtobuslarda kart sistemi tətbiq olunsa da, sonradan bu proses müvəqqəti olaraq ləğv edildi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt avtobuslarında kart sisteminin bərpası ilə bağlı məlumat yayılsa da, bir ildən artıq müddətdir ki, bu proses hələ də həyata keçirilməyib. AYNA-nın TNS-ə verdiyi məlumata görə, Sumqayıtda işləyən avtobuslarda kart sisteminin ləğvi texniki səbəblərlə əlaqədardır. Agentlik bunu açıqlayaraq bildirib ki, Sumqayıt şəhərində tətbiq edilən və texniki səbəblərdən uğursuz olan kart sisteminin bərpası üçün tapşırıqlar verilib və işçi qrupu yaradılıb. Sumqayıt şəhərində nağdsız ödəniş sisteminə keçid prioritet hesab olunur və yaxın zamanda bu məsələyə dair işlərə başlanılacağı gözlənilir.

AYNA bir ildən artıqdır ki, problemin yaxın zamanda həllediləcəyini bildirdiyi halda, bu müddətdə hələ də "yaxın vaxt" gəlməyib. Agentlik mütəmadi olaraq müəyyən vaxtlar təqdim etsə də, proses hər dəfə yubadılır. Rayon və şəhərlərdə fəaliyyət göstərən marşrut avtobuslarında kart sisteminin tətbiqi məsələsi 2019-2023-cü il Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramı layihəsində də öz əksini tapmışdır. Buna baxmayaraq, AYNA paytaxtın yaxınlığında yerləşən Sumqayıt şəhərində ləğv etdiyi nağdsız ödəniş sistemini bərpa etməyə maraqlı görünmür. Bunun səbəbi isə naməlumdur.

Ölkənin iri şəhərlərindən biri olan Sumqayıtda əhali hələ də gediş haqqını nağd ödəyir, sahibkarlar isə kart sisteminə keçməkdən imtina edirlər. Nəticədə, Sumqayıt şəhərində sərnişindaşıma ilə məşğul olan Sahibkarlar AYNA-nın köməyi ilə külli miqdarda vergidən yayınır. Görünür, Sumqayıt sahibkarları AYNA ilə bu prosesdə çox asanlıqla dil tapa bilirlər.
ÖNCEKİ HABER

Yerli avtobus istehsalı və ehtiyat hissələri İDV-dən azad!

SONRAKİ HABER

"SAFFIRA PLUS MMC-nin Şübhəli Satınalmaları"