Dövlət Tenderlərində Korrupsiya İddiaları Artmaqdadır

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir
Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalasan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Son günlər mediada daha bir korrupsiya faktı gündəmə gəlib. 35 şirkəti rəhbərlik edən şəxslər həbs edilmişdir. Rəsmi açıqlamalara görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib olan 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilən pulları leqallaşdırmaqda ittiham olunur. Məlumatlar göstərir ki, Fəqani Rəhimov bu "işgüzar aləm"də tək deyil. Aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. F. Rəhimov qanunsuz işlərin çoxunu adi ilk dəfə eşidilən "İnsaat-F" MMC vasitəsilə həyata keçirib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalara əsasən, ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Söhbət dövlət satınalmaları - tenderlər, kotirovka sorğuları - adi ilə dövlət büdcəsinin talanmasından gedir...
Bu olayı səbəbsiz xatırlatmırıq... Təssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyəti dövlət qurumlarının mübarizəsi hələ də gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvani, əlaqə vasitəsi olmayan şirkətlərlə istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis olunan, heç bir məlum bazası, potensialı olmayan şirkətlər "qalib" olur.
Beyləqan isə "PROQRES" edir...
Beyləqan Rayon İcra Hakimiyyətinin silsilə tenderlər keçirərək dövlətin pulunu müxtəlif adlarla xərclədiyi bildirilir. Tenderlərdən biri yaxin günlərdə yekunlaşdırılıb. 17.12.2024-cü il tarixdə bu İcra Hakimiyyəti "PROQRESS INSAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyətlə müqavilə bağlayıb. Bu müqavilə ilə Beyləqan Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri qarşılığında "PROQRESS INSAAT EN" MMC-yə 110.592 manat ödəməli olacaq.
Bundan əlavə, beyləqanlı oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, dəfələrlə dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, rayon ərazisində, hətta rayon mərkəzində yollar bərbad olaraq qalır.
Məlumat üçün qeyd edək ki, bu müqavilə ilə rayonun 6 küçəsinin - M. İsmayılov, R. Vahid, Z. Əliyeva, M. Rəsulzadə, Barat Quliyev və C. Naxçivaniski - təmiri nəzərdə tutulur. Bu əməliyyatla bağlı çıxan faktorlardan biri Beyləqan Rayon İcra Hakimiyyətinin heç də az olmayan dövlət vəsaitini etibar etdiyi "PROQRESS INSAAT EN" MMC ilə bağlıdır. Bu şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.
İnternet üzərindən apardığımız araşdırmalarla yalnız o məlum oldu ki, "PROQRESS INSAAT EN" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu ev 24/6, qanuni təmsilçisi isə İslamov Nazim Əli oğludur. Dövlət Reyestrinə daxil edilmiş məlumata görə, 07.07.2022-ci ildən MMC-nin qanuni təmsilçisi Sirinov Eldar Bəhlul oğludur.
***
Məlumat olduğu kimi, "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.
Belə olan halda, yumşaq desək "PROQRESS INSAAT EN" MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir...
Necə olur ki, "izi-tozu bilinməyən" bir şirkət Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi cənab İziz İzzizova dövlətin pulunu etibar edir? İlin-günün bu vaxtında internet üzərindən əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür?
Beyləqan Rayon İcra Hakimiyyətinin bu şirkəti "gündüz şiracla tapması" hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Digər diqqət çəkən məqam isə tenderlər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmalarının Vahid İnternet Portalının "ətraflı" bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?))
Yazının girişində qeyd etdiyimiz kimi, bizim dövlətin pulu şəxsi maraqların predmetinə çevrildiyi zaman daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər "yada düşür"...
***
Biz Yenixeber.org olaraq bu məsələlərə digər faktlarla bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab İziz İzzizova 7 sualdan ibarət online sorğu ünvanladıq... Bu ayın 17-də göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik. Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirmişlər.
Cənab İziz İzzizova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalasan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Təssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün "qapısının döyülməsindən açılacağından" sığortalanmayıb...(Yenixeber.org)
Mövzunun davami olacaq.
ÖNCEKİ HABER

Təyyarə qəzası: Xaricdə yaşayan azərbaycanlılar sarsılıb

SONRAKİ HABER

"AZAL Təyyarəsi Qəzada Donmaktan Xilas Oldu"