"K?laman k?ndinin qaz və yol problemi gündəmdə"

Gədəbəy rayonu, Kəlaman kənd sakinləri tərəfindən Hurriyyet
```html

Gədəbəy rayonu, Kələmə kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına daxil olan şikayət məktubunun mətni aşağıdakı kimidir:

“Hörmətli redaksiya!

Gədəbəy rayonu, Kələmə kəndinin ən vacib problemi mavi yanacaq və yol olsa da, başqa problemləri də çoxdur. Yəni yazılası dərdəndmizə yetərincədir.

Dəfələrlə Prezidentə, Birinci xanıma, SOCAR-a, Gədəbəy Regional Qaz İstismar İdarəsinə müraciət etsək də, heç bir faydası olmur.

2024-cü ilin sentyabr ayında regiondan gəlmiş olan nümayəndələrlə kənd sakinləri ilə görüş keçirilib. Görüş zamanı, əməkdaşlardan biri havanın soyuqluğundan maşına mindi və “siz bu soyuqda necə dözürsünüz, buradan gedən kimi bu ağır şəraiti sizin problemin həll olunması barədə aidiyyatı qurumlara bildirəcəyəm,” dedi. Lakin yenə heç bir tədbir görülmədi.

Artıq vəziyyət o həddə çatıb ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri biz sakinləri qəbul etməyi özlərinə yaraşdırmırlar.

Qazi olmayan, yolu bərbad olan kəndlər bütün qurumların yadından çıxıb. Amma deputat və bələdiyyə seçkiləri zamanı kənd sakinləri yada düşür. Məcbur edirlər ki, gəlin bu adama səs verin. Həmin vaxtda namizədlər bildirirlər ki, sizin probleminiz bizim problemimizdir. “Daima sizin yanınızdayıq,” - deyib Mələkməmmədin nağılını danışırsınız.

Arzu Nagiyev adında bir deputat var, lakin bir dəfə də olsun sakinlərin problemi ilə maraqlanmayıb. Bir dəfə də olsun kəndin problemini parlamentdə qaldırmayıb. Nə edirik biz belə deputatı?!

“Azəriqaz” isə deyir ki, “səbrli olun, mərhələli şəkildə mavi yanacaq veriləcək.” 16 ildir növbə gəlib çatmayıb. Odun da “od qiymətindən” də bahadır. İmkanı olan, olmayan var. Qışa çıxarmaq üçün 2 maşın odun lazımdır. İndiki zamanda oduna 1800 manat pul vermək olar?

Kəndin 5 şəhid var, amma həmin evlərdə qaz yoxdur. Biabırçılıq deyil, bəs nədir bu? Kəndimizin 70 nəfəri yaxın da müharibə iştirakçısı var. Amma heç bir rəsmi qurum bizimlə maraqlanmır.

Şəhidlərimiz: İbrahimov Nüsrət Vəli oğlu, Cəfərov İrədin Furdin oğlu, Həsənov Eldəniz Novruz oğlu, İsgəndərov Etibar İsmayıl oğlu və Pasayev Firdovsi Afiq oğludur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərə isə şəfa versin.

Bu kəndi bu günə qoyan məmurlara isə insaf versin.”

```
ÖNCEKİ HABER

İlham Əliyev: Tyyarənin qəzası araşdırılacaq

SONRAKİ HABER

"Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı"