Qısa Məlumat: 26 dekabr 2024-cü il tarixində "Azərbaycana Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarə, Bakı-Qrozni marşrutu üzrə Uçuş edərkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalmışdır.
Arazmedia.az saytının verdiyi məlumata görə, etibarlı hökumət mənbələrindən əldə edilən məlumatlara əsasən, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərinin istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olmuşdur. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilə bilmişdir.
Rusiya mənbələrinin verdiyi məlumata görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışmışdır. Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Ramzan Kadirov, dekabrın 25-i səhər saatlarında Qrozniya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləmiş, həsarət alanların olmadığını bildirmişdir. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı olduğu halda bunu etməmişdir.
Qrozni şəhərinin hava limanı təyyarənin enişinə icazə verməmişdir. Bundan əlavə, təyyarənin Mahaçqala və Mineralniye Vodi hava limanlarına enməsi üçün də icazə verilməmişdir. HHM atışına və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilmişdir.
“Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır”, - deyə nəsrdə vurğulanıb.
Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəy yaratmaq məqsədini güdən məqsədli dezinformasiyadır. Təyyarənin salonundan olan video görüntülər, iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir.
Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsd olunmasını iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir.
Qəzaya uğrayan AZAL təyyarəsinə Rusiya hava məkanında hücum edilibmi?